SON DƏQİQƏ: Türkiyə səfirliyi yaxınlığında PARTLAYIŞ - Onlarla ölü və yaralı var -VİDEO
05.09.2019

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində 10-dan çox insan həlak olub. 30-dan çox yaralı var.

VisionTV.az redaktor.az-a istinadən xəbər verir ki, hadisə ABŞ, Türkiyə və digər səfirliklərin, o cümlədən nazirliklərin, NATO-nun Əfqanıstandakı mənzil-qərargahının yerləşdiyi 9-cu polis bölgəsində qeydə alınıb. Hücuma görə məsuliyyəti "Taliban" terror qruplaşması üzərinə götürüb.

Terrorçuların hədəfində polislər olub. Hadisədən sonra antiterror əməliyyatları başlayıb.