İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Həmidrza Müqəddəmfər BƏƏ və Bəhreynə xəbərdarlıq edərək, ABŞ ordusunun bu ölkələrin ərazisindəki hərbi bazalardan İrana zərbələr endirmək üçün istifadə etməsinə icazə verilməsinin genişmiqyaslı cavabla nəticələnəcəyini bildirib.
Generalın sözlərinə görə, İrana qarşı xarici təcavüz baş verəcəyi təqdirdə, Tehranın cavab tədbirləri hücumun həyata keçirildiyi məkanla məhdudlaşmayacaq.
SEPAH rəsmisi qeyd edib ki, ABŞ-nin İran ərazisinə hücum etmək üçün BƏƏ və Bəhreyndəki bazalardan istifadə etməsinə şərait yaradılması həmin ölkələrə qarşı genişmiqyaslı və “dərsverici” cavab tədbirlərinə səbəb ola bilər.
visiontv.az