Sistan və Bəlucistan əyalətində SEPAH və ona bağlı əfqanistanlılardan ibarət "Fatemiyyun" silahlı qruplaşmasına qarşı keçirilən iki əməliyyat nəticəsində 7 nəfər öldürülüb.
Bu, Xalq Döyüşçüləri Cəbhəsinin yaydığı bəyanatda bildirilib.
İran hökumətinə müxalif silahlı qruplaşma, öldürülənlərdən birinin SEPAH-ın yerli komandiri, 6 nəfərin isə əfqanistanlı silahlılar olduğunu qeyd edib.
Qeyd edək ki, son üç gün ərzində üç silahlı hücum nəticəsində ümumilikdə İran hökumətinin 8 silahlısı həlak olub.
visiontv.az