Sepah-a bağlı terrorçular Bakı–Tbilisi–Ceyhan neft boru kəmərini partlatmaq istəyiblər
20.04.2026

2026-cı il 20 April tarixində İsrailin təhlükəsizlik qurumları — Mossad, Şabak və İsrail ordusu — birgə bəyanat yayaraq, İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 4000-ci bölməsi ilə əlaqəli olduğu iddia edilən geniş bir “terror şəbəkəsinin” aşkar edilərək zərərsizləşdirildiyini bildiriblər.

İsrail mediasının məlumatına görə, bu şəbəkənin hədəfləri arasında Azərbaycan ərazisində yerləşən bir neçə strateji obyekt olub. Əsas hədəflərdən biri kimi Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri göstərilir. Bu boru kəməri regionun əsas enerji marşrutlarından biri hesab olunur. Bundan əlavə, Bakıda yerləşən İsrail səfirliyi, bir sinaqoq və Azərbaycandakı yəhudi icmasının bəzi nümayəndələrinin də hədəf siyahısında olduğu bildirilir. Bu terror fəaliyyətlərində iştirak edən Rəhman Müqəddəm, Möhsün Suuri və Mehdi Yekke Dehqan kimi şəxslərin adlarının çəkildiyi qeyd olunur.

Məlumatlara əsasən, bu şəbəkənin üzvləri 2026-cı ilin mart ayında Azərbaycan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Saxlanılan şəxslərin ölkəyə partlayıcı maddələr və pilotsuz uçuş aparatları keçirməyə cəhd etdiyi bildirilir. Onların içində Rəhim Müqəddəm, Möhsun Suuri, Mehdi Yeke Dehqan adları çəkilir.

Araşdırmaların nəticəsində bu fəaliyyətlərin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturları ilə əlaqələndirildiyi iddia olunub. İsrail tərəfinin açıqlamalarında bu əməliyyatın daha geniş regional kəşfiyyat qarşıdurmasının bir hissəsi olduğu vurğulanır.

Hadisə İsrail və regional media orqanlarında geniş əks-səda doğursa da, məlumatların böyük hissəsi kəşfiyyat məlumatlarına əsaslandığı üçün tam yayılmayıb.

visiontv.az