Şahbaz Şərif: Pakistan ordusu Azərbaycan dövlətinin yanındadır
06.03.2026

Pakistan Baş naziri Şahbaz Şərif İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınayıb.

 O, bu barədə  Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

O, bu çətin gündə Pakistan dövləti və ordusunun  Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib.

Şahbaz Şərif  Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb.

visiontv.az