Polşa Hava Naviqasiya Agentliyi (PAŻP) ölkənin şərq bölgələrində uçuşa qadağan zona yaradıldığını elan edib.
Visiontv.az AZƏRTAC -a istinadən xəbər verir ki, agentlik bu barədə bəyanat yayıb.
Agentliyin məlumatına görə, uçuş qadağası Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığının tələbi ilə “milli təhlükəsizliyin təmin edilməsi zərurəti” səbəbindən tətbiq edilib və 10 mart - 9 iyun 2026-cı il tarixləri arasında qüvvədə olacaq.
Uçuş qadağası 3 km-dən aşağı məsafədə uçan bütün təyyarələrə şamil edilir. Uçuşa qadağa zonası günün 24 saatı qüvvədədir. PAŻP sənədinə əsasən, uçuşların qadağan edildiyi zonanın üzərindən uçmaq üçün xüsusi icazə almalı olan mülki və hava təcili yardım təyyarələri üçün istisnalar mövcuddur.
visiontv.az