Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, martın 6-da Kiyev 300 rus hərbçisini geri qaytarıb. Bunun müqabilində Ukraynaya 300 hərbi əsiri təhvil verilib.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ rus hərbçilərinin əsirlikdən qaytarılması zamanı humanitar vasitəçilik səyləri göstərib. Nazirlik bildiri ki, rus hərbçiləri hazırda Belarusdadır, orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Daha sonra onlar Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə almaq üçün Rusiyaya göndəriləcəklər.
Qeyd edək ki, Ukrayna və Rusiya hər tərəfdən 500 nəfər olmaqla min hərbi əsirin qarşılıqlı şəkildə azad edilməsinə razılaşıblar.
visiontv.az