Rusiya Dövlət Duması yanvarın 1-dən dekabrın 31-dək, yəni ilboyu hərbi xidmətə çağırışla bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu haqda "İnterfaks" məlumat yayıb.
Qanun hərbi komissarlıqlara imkan verəcək ki, ilboyu çağırışçılarla bağlı tibbi müayinələr və psixoloji seçim aparsın, çağırış komissiyalarının iclaslarını keçirsin. Çağırış vərəqələri də konkret ayla bağlı olmadan göndəriləcək. Bu, çağırış məntəqələrinə düşən yükün bərabər paylanmasına, çağırışın keyfiyyətinin artırılmasına imkan yaradacaq, - qanun layihəsinin izahında belə deyilir.
Çağırışçıların hərbi hissələrə əvvəlki kimi ildə iki dəfə – yazda və payızda göndəriləcək.
Qanunun 2026-cı il yanvarın 1-də qüvvəyə minəcəyi gözlənilir.
visiontv.az