Rusiya Ukraynada illərlə müharibə apara bilərm?
Rusiya Ukraynada illərlə müharibə apara bilərm?
20.06.2022 Elbəyi Həsənli Tərəfindən

NATO-un rəhbəri Jens Stoltenberg bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi illərlə davam edə bilər və Qərb Ukraynaya üzünmüddətli dəstəyə hazır olmalıdır. O, Almaniyanın “Bild” nəşrinə müsahibəsində belə deyib.

“BBC” qeyd edir ki, Böyük Britaniyanın Baş nazir Boris Johnson daha əvvəl oxşar bəyanatla çıxış etmişdi.

Jens Stoltenberg və Boris Johnson vurğulayır ki, Ukraynaya nə qədər çox silah göndərilsə, Rusiyanın məğlubiyyəti bir o qədər qaçılmaz olacaq.

Qərb liderlərinin bu kimi bəyanatı onu deməyə əsas verir ki, Rusiya Ukrayna bataqlığında can verəcək. Qərb Rusiyanı diz çökdürmək üçün müharibənin uzanmasına çalışacaq. Hazırda Rusiyanın ən böyük arzusu müharibənin dayandırılması ilə bağlıdır. Ancaq Ukrayna (əslində isə ABŞ və Böyük Britaniya) elə şərtlər irəli sürür ki, o şərtlərin qəbulu Rusiya üçün intihar kimi bir şey olardı. Rusiya nəyinki Donetsk və Luqanskdan, hətta Krımdan da imtina etməlidir. Bu isə Rusiyanın imperiya ambisiyalarının birdəfəlik məhvi deməkdir...

Vladimir Putinin iqtidarda olduğu 23 il ərzində buraxdığı ən böyük səhv Ukrayna ilə bağlıdır və bu səhv onun iqtidarını bitirəcək...

Elbəyi Həsənli

visiontv.az