Rusiya hərbi kontingentinin adı əməli ilə uyuşmur
Rusiya hərbi kontingentinin adı əməli ilə uyuşmur
28.11.2022 Sahib Alıyev Tərəfindən

Rusiya Müdafiə Nazirliyinin artıq olmayan "Dağlıq Qarabağ"dan dəm vurması, Ağdərəni Mardakert, Xocavəndi Martuni kimi təqdim etməsi təbiidir. Bir nazirliyin başında duran Ermənistana, oradan da Qarabağa ötürdükləri silah-sursata "humanitar yük" deyirsə, sözü gedən rayonları da o cür adlandırmalıdırlar.

Axı Rusiya hərbi kontingentinin heç özünün adı da əməli ilə uyuşmur. Əgər o kontingent doğrudan da "sülhməramlı"dırsa, nədən hayların qanunsuz silahlı birləşmələrini Qarabağdan çıxarmaq yerinə onların ordumuzun mövqelərini atəşə tutmasına şərait yaradır, oradakı hayların reinteqrasiyası üçün heç bir addım atmır, əksinə buna maneçilik törədir, Xankəndində Azərbaycan əleyhinə mitinqlər təşkil edir.

Bütün bunlar onu göstərir ki, həmən hərbi kontingentin Azərbaycanda qalma müddəti heç bir vəchlə uzadılmamalı, onların üzərlərinə götürüb yerinə yetirmədiklərini isə ordumuz etməlidir. Laçın yolu kontrol altına alınmalı, Qarabağdakı qanunsuz silahlı dəstələr ya oradan çıxarılmalı, ya da tam zərərsizləşdirilməlidir.

millət vəkili Sahib Alıyev

visiontv.az