Rusiya 102-ci hərbi bazadan Ermənistanda seçki prosesinə müdaxilə edə bilər
06.04.2026

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kremldə Vladimir Putinin təklif və təhdidlərinə açıq, sərt ritorika ilə cavab verməsi iki ölkə arasında münasibətlərdə ciddi gərginlik yaradıb. Görünür ki, V. Putin N. Paşinyanın bu qədər kəskin və arqumentli mövqe sərgiləyəcəyini gözləmirdi.

Əgər N. Paşinyan qarşıdakı seçkilərdə qələbə qazanarsa, Ermənistanın Rusiyanın təsir orbitindən çıxması istiqamətində daha radikal addımlar atacağı istisna deyil. Onun hazırkı sərt ritorikasının gələcəkdə real siyasi qərarlarda tətbiq olunacaq.

Hazırda Rusiya–Ermənistan münasibətlərində ciddi çatlar yaranıb və proseslərin daha dərin böhran mərhələsinə keçəcəyi gözlənilir. N. Paşinyan Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini və Qarabağ məsələsini yenidən gündəmə gətirməsini ölkəsinin suverenliyinə təzyiq kimi qiymətləndirir. Bu baxımdan, onun sərt cavabı həm daxili auditoriyaya, həm də Moskvaya ünvanlanmış siyasi mesaj kimi dəyərləndirilə bilər.

Kremlin Ermənistanda siyasi müxalifətə-R. Koçaryan və S. Karapetyana dəstəyi münasibətlərində ənənəvi təsir alətlərindən istifadə etdiyini də göstərir. Qarşıdakı dövrdə Rusiyanın İrəvana təzyiqlərinin artacağı gözlənilir.

7 iyun tarixində Ermənistanda baş verəcək siyasi proseslər isə təkcə ölkədaxili vəziyyətə deyil, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər.

Rusiya Ermənistanda 102-ci hərbi bazadan istifadə etmək cəhdləri istisna deyil.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az