İran Xarici İşlər Nazirliyinin təqaüddə olan əməkdaşı həbs edilib
07.04.2026

İran Xarici İşlər Nazirliyinin təqaüddə olan əməkdaşı İzəd Ağabeygi martın 23-də Tehrandakı evində həbs olunaraq naməlum yerə aparılıb.

Ailəsi onun harada olduğu və vəziyyəti barədə məlumatsızdır və özü də ailə üzvləri ilə heç bir əlaqə saxlamayıb.

Həyat yoldaşı IranWire-a bildirib ki, əri Xarici İşlər Nazirliyində keçmiş mühasib olub və əvvəllər "Qadın, Həyat, Azadlıq" hərəkatı zamanı Kəşfiyyat Nazirliyi tərəfindən Evin zindanının 209 saylı bölməsində üç gün saxlanılıb.

visiontv.az