Erməni lobbisi ABŞ senatoru Bob Menedezin hesabına 1 milyon dollar keçirir: Bundan sonra cənab Bob qızışır
Erməni lobbisi ABŞ senatoru Bob Menedezin hesabına 1 milyon dollar keçirir: Bundan sonra cənab Bob qızışır
16.03.2023 Elbəyi Həsənli Tərəfindən

Amerika Erməniləri Milli Komitəsi Daşnaksütun partiyasının nəzarəti altındadır. Yəni erməni faşizminə qulluq edir. Amerikalı Bob Menendez və Marko Rubion də Amerika Erməniləri Milli Komitəsinin ən aktiv dəstəkçiləridir. Hər iki senator erməni lobbisindən aldığı pulun müqabilində ermənilərə dəstək verirlər, müvafiq olaraq Türkiyə və Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar.

Bilməyənlər üçün deyim ki, ABŞ-da siyasətçilərin, o cümlədən konqresmen və senatorların pul alıb kimisə müdafiə etməsi qanuni hesab olunur. Məsələn, erməni lobbisi şəffaf şəkildə Bob Menedezin hesabına 1 milyon dollar keçirir. Bundan sonra cənab Bob qızışır və ermənilərin müdafiəsi üçün hərəkətə keçir. ABŞ qanunları baxımından cənab Bob rüşvətxor deyil. Əksinə, namuslu bir siyasətçidir...

Amerikalı siyasətçilərin bu cür pulla ələ alınmasının üstündən sükutla keçirlər. Yəni siyasətçi kimdənsə pul alır, həmin pulun müqabilində də pul verən tərəfi məqsədli şəkildə müdafiə edir, onun marağının ifadəçisinə çevrilir.

Məsələn, Bob Menendez yazır ki, “2020-ci il müharibəsində etnik ermənilərin məskunlaşdığı ərazilər Azərbaycanın separatçı bölgəsi daxilində idi”. Yəni ermənilərin işğal etdiyi Azərbaycanın 7 rayonunda ermənilər məskunlaşmamışdı. Xatırladım ki, 2020-ci ildə ermənilər Kəlbəcərdən çıxmaq üçün Azərbaycandan əlavə olaraq 10 gün vaxt istəmişdi. Laçın şəhəri və Zabux kəndindən erməni əhali 2022-ci ilin avqustun sonda çıxmadımı? Ancaq ermənilərin pulu ilə danışan Bob Menendez bu kimi yalanları üyütməkdə ustalaşıb...

Bob Menendez başqa bir yalanına diqqət edək: “Azərbaycan 1990-cı illərin əvvəllərində Sovet hakimiyyəti daxilində gedən ən amansız etnik müharibədə yerli ermənilərə nəzarəti itirmişdi”. Yəni Azərbaycan ərazilərini Ermənistan yox, Qarabağ erməniləri işğal etmişdi...

Təbii ki, belə yalançıların üzünə tüpürmək lazımdır. Amerikanın senatında və konqresində belə həyasız siyasətçilər sürü ilədir. Niyə? Çünki onlar pul müqabilində bu ya digər ölkəyə və ya şirkətə lobbiçilik edirlər...

Elbəyi Həsənli

visiontv.az