Rəştdə xəstəxana yandı - Ölənlər var
18.06.2024

Yerli vaxtla səhər saat 01:30-da Rəşt şəhərinin Qaim xəstəxanasında baş verən yanğın nəticəsində 9 xəstə həyatını itirib.

Bu barədə Rəştin Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib.

Gilan əyalətinin baş hakimi İsmayıl Sadiqi Niyarəki isə ölənlərin səkkizinin xəsətəxananın reanimasiya bölməsində müalicə olunan xəstələr olduğunu deyib.

Yanğının səbəbləri barədə hələlik açıqlama verilməyib, hadisə araşdırılır.

visiontv.az