İran Xarici İşlər Nazirliyi (XİN) yeni Ali Rəhbər Ayətullah Müctəba Xameneinin yaralandığını təsdiqləyib.
Bu barədə XİN sözçüsü İsmayıl Bəqayi “Corriere della Sera”ya açıqlamasında bildirib.
“O (Müctəba Xamenei) xəsarət alıb, amma səhhəti yaxşıdır”, - Bəqayi qeyd edib.
XİN rəsmisi Müctəba Xameneinin ilk çıxışını nə vaxt edəcəyini bilmədiyini vurğulayıb.
Onun sözlərinə görə, Ali Rəhbər postuna üç-dörd namizəd olub, amma Ekspertlər Məclisinin əksəriyyəti Müctəba Xameneini seçib.
visiontv.az