Çin və Qazaxıstan vətəndaşları İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub
12.03.2026

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

Bu gün saat 10:00-dan 12:00-dək  Astara  Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 4  Azərbaycan, 1 Qazaxıstan və 1 Çin vətəndaşının təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, fevralın 28-i saat 08:00-dan martın 12-si saat  08:00-dək  İran İslam Respublikasından  Azərbaycana ümumilikdə  2283 nəfər təxliyə edilib.

visiontv.az