Quterreş inkişaf etmiş ölkələri Bakıda COP29-da götürdükləri maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb
11.11.2026

BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etmiş ölkələri iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Bakıda keçirilmiş COP29-da razılaşdırılan maliyyə öhdəliklərinin icrası üçün konkret addımlar atmağa çağırıb.

Quterreş bu barədə COP31 Liderlər Sammitində çıxışı zamanı danışıb.

“İnkişaf etmiş ölkələr 2035-ci ilədək hər il ən azı 300 milyard  ABŞ dolları həcmində maliyyə vəsaiti təmin etmək öhdəliklərini yerinə yetirməli, eyni zamanda, həmin tarixədək iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyələşdirməni ən azı üç dəfə artırmaq məqsədilə konkret mərhələləri əhatə edən planlar təqdim etməlidirlər.

1,3 trilyon  ABŞ dolları həcmində maliyyələşdirmə hədəfi inkişaf etməkdə olan ölkələrə real maliyyə axınına çevrilməlidir. Bunun üçün bütün maliyyə mənbələri öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir”, - Baş katib qeyd edib.

visiontv.az