Noyabrın 7-də Ağdaş rayonunda “Heyva Festivalı” keçirilib.
Visiontv.az xəbər verir ki, yerli məhsulların, aqrar potensialın və sahibkarlıq imkanlarının tanıdılmasına xidmət edən festivalda FAYDA İş Platforması da iştirak edib.
Tədbir çərçivəsində platformaya daxil olan şirkətlər öz məhsul və xidmətlərini nümayiş etdirib, festival iştirakçılarına və ziyarətçilərə fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər.
FAYDA İş Platformasının festivalda iştirakı şirkətlərin məhsul və xidmətlərinin daha geniş auditoriyaya təqdim olunması, yeni əlaqələrin qurulması və biznes əməkdaşlıqlarının inkişafı baxımından əhəmiyyət daşıyıb.
Festival iştirakçıları platformaya daxil olan şirkətlərin təqdim etdiyi məhsullarla yaxından tanış olmaq, onların fəaliyyəti və təklifləri barədə məlumat əldə etmək imkanı qazanıblar.

















