Qoşaçayda beş azərbaycanlı türk fəal həbs cəzasına məhkum edilib
28.07.2026

Azərbaycanlı türk fəallar Arəş Kəhbur, Ramin İslami, Rza Pəhləvaniyan, Hüseyn Cavadzadə və Cəlal Küdərili Qoşaçay şəhərinin İnqilab Məhkəməsi və Cinayət Məhkəməsinin 103-cü şöbəsinin qərarı ilə həbs cəzasına məhkum ediliblər.

Onların hər biri "rejim əleyhinə təbliğat aparmaq" və "ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumatlar yaymaq" ittihamları ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Çıxarılan hökmün mətninə əsasən, qərarlar Qoşaçay Kəşfiyyat İdarəsinin təqdim etdiyi hesabat əsasında verilib. İş materiallarında həmin şəxslərin sosial media fəaliyyəti, o cümlədən bir Instagram səhifəsində paylaşdıqları məzmun sübut kimi göstərilib.

Bu hökmlər son həftələrdə Azərbaycan bölgəsində fəaliyyət göstərən mülki fəallara qarşı təhlükəsizlik və məhkəmə təzyiqlərinin artdığına dair çoxsaylı məlumatların yayıldığı bir vaxta təsadüf edir.

visiontv.az