Netanyahu Trampa Külüng Dağı obyekti ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək
28.07.2026

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İranın Külüng Dağındakı nüvə obyektindəki fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək.

Bu barədə "The New York Post" Qüdsdəki mənbəyə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, İsrail həmçinin ABŞ-ın zərbələri nəticəsində zərər görmüş raket və pilotsuz uçuş aparatı imkanlarını İranın yenidən bərpa etdiyini və Tehranın danışıqları səmimi şəkildə aparmadığını göstərən sübutlar təqdim edəcək.

İsrail Baş nazirinin Ofisinin məlumatına görə, Benyamin Netanyahu və onu müşayiət edən nümayəndə heyəti bazar ertəsi Vaşinqtona gəlib.

visiontv.az