“Qətl sındı" yoxsa "qətli- Sinan “
“Qətl sındı" yoxsa "qətli- Sinan “
15.08.2022 MEDİA Tərəfindən

Azərbaycan türkləri Aşura gününə Qətl sındı deyirlər və əskidən bugünə qədər Qətl gündüz saat 12.00-də sınır. Qeyd edim ki, Məhərrəmlik ayının 10-cu günündə, 10 oktyabr 680-ci ildə Mərəya düzündə (Kərbəla sözü də sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır. Mənası “Kərb” hüzn və “bəla” sözlərindən ibarətdir) Yezidin əmri ilə Peyğəmbər (s) nəvəsi İmam Hüseyn (ə)-tərəfdarlarının qətl edilməsi İslam tarixində bir çox məhzəblər və təriqətlər arasında bu günə qədər müzakirə olunan məsələdir.

Böyük əksəriyyət Yezidi bu günə qədər lənətləməkdədir. Bəs yaxşı niyə İslamda “Aşura-kəsən” günü kimi adlanan termin Qətl Sındı kimi istifadə edilir? “Qətl sınmaq” fəlsəfəsinin İmam Hüseyn (ə) qiyamına və Aşuraya aidiyyatını onunla əlaqələndirilər ki, məhz bu söz İmam Hüseyn (ə)-nin başının kəsilməsi ilə bağlıdır və şiələrdə əsl yas mərasimi bundan sonra başlayır.

İndi isə əsl həqiqət

Əslində Qətl Sındı sözünün İslama yaxud Aşuraya aidi yoxdur. Qətl necə sına bilər? Yaxud İmam Hüseyn (ə)-başı lənətə gəlmiş Yezidin tərəfdarları tərəfindən kəsilməsinin qətl sınmasına nə aidi ola bilər? Mən bu yazını hazırlayanda Azərbaycanın bir çox regionlarının folklor kitablarına və İslam alimlərinin bəzi araşdırmalarına müraciət elədim.

Tarix kitablarında qeyd olunan məşhur məlumata görə Hüseynin (ə) qətlinin iki nəfər icra etmişdir. Onlar Sinan ibn Ənəs ən-Nəxai və Şümür ibn Zil Covşəndir. Dini rəvayətlərə görə bu Şümür, tarixi kitablara və qaynaqlara görə isə Sinan ibn Ənəs idi. Hər ikisi lənətə gəlsin. Tarixi qaynaqlara görə Sinan ibn Ənəs atdan enib qılıncını İmam Hüseynin(ə) boğazına qoyaraq deyib: “Allaha and olsun,sənin başını kəsəcəyəm; bilirəm ki, sən Peyğəmbər (s) nəvəsisən və ata-anan xalqın ən yaxşısıdır, amma başını bədənindən ayıracağam”

İmam Hüseynin (ə) başını nizəyə keçirib Kufəyə Ubeydullah ibn Ziyadın yanına aparan da Sinan ibn Ənəs idi. Onun başı Ubeydullah ibn Ziyada gətirildikdə əlində olan çubuqla Hüseynin başına döyür və çubuğu onun ağzına salır və onu söyürdü. Sinan ibn Ənəsin də taleyi lənətə gələnlər kimi oldu. Muxtar, Sinan ibn Ənəsi tutub barmaqlarını tək-tək yerindən qopartdı; daha sonra onun əllərini və ayaqlarını kəsdi. Muxtar böyük bir qazanı zeytun yağı ilə doldurub qaynatdı. O, Sinan ibn Ənəs qaynar yağın içinə atdı. Sinan ibn Ənəs qaynar yağın içində cəhənnəmə getdi.

Buna görə də hər il məhərrəmlik ayında, Aşura günü saat 12-00-da Qatil Sinan deyə çağrılan gün zamanla Qətl Sındı sözünə təhrif olunur.” Qətil sınan" deyil "qətli-sinan"dı. Sınmaq sözü deyil, Sinan sözüdür zamanla təhrif olub, Sinan - süngü, nizənin ucu deməkdir,Aşura günü ən son İmam Hüseyn (ə) şəhid oldu, Günorta, zöhr namazı vaxtı. Ona görə günorta olanda deyirdilər "qətli-sinan oldu". Yəni İmam Hüseyn (ə) şəhid oldu, Hesab edirəm ki, islam alimləri bu məsələyə daha ciddi fikir verməlidlər ki, əsl həqiqətlər üzə çıxsın.

Dosent Zaur Əliyev

visiontv.az