Mehdi Əliyev Naxçıvan MR Ali Məhkəməsinə hakim təyin ediləcək
07.04.2025

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyinatı olacaq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihədə əksini tapıb.

Layihəyə əsasən, Mehdi Ədalət oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin ediləcək.

Qeyd edək ki, Mehdi Əliyev bundan əvvəl Naxçıvan MR Şərur rayon Məhkəməsinin sədridir.



Gündəlik

slide 7 to 10 of 8