Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bu gün keçirdiyi mətbuat konfransında Qətərə qarşı hücumların dayandırılması üçün Tehranla pul və vəsait ödəmək barədə aparıldığı iddia olunan danışıqları təkzib edib.
Əl-Ənsari bildirib ki, Doha ilə Tehran arasında bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Qətər Pakistan və ABŞ ilə yüksək səviyyəli koordinasiya aparır və bütün mövqelərini bu diplomatik kanallar vasitəsilə irəli sürür.
Qeyd edək ki, son günlərdə Tehran və Doha arasında gərginliyin artması fonunda Qətərin İran hücumlarının dayandırılması üçün maliyyə razılaşmasına gedə biləcəyi barədə təsdiqlənməmiş məlumatlar yayılmışdı.
visiontv.az