Avropadan üz döndərən rəsmi Tiflis Yerevanda yerləşən Qərb institutlarını təhdid olaraq görür
Avropadan üz döndərən rəsmi Tiflis Yerevanda yerləşən Qərb institutlarını təhdid olaraq görür
18.09.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri Tiflisin anti-Qərb siyasəti fonunda reallaşıb. Qərbdən Gürcüstana sanksiyalar və təzyiqlər həyata keçirilməsi Yerəvani da yaxın perspektivdə çətinlilərlə qarşı-qarşıya qoyur. Ermənistan Gürcüstan vasitəsilə Qərblə əlaqələr saxlayır və Fransadan göndərilən silahlar bu ölkənin ərazisi ilə daşınır.

Gürcüstan və Qərb arasında münasibətlərin kəskinləşib. Bu da Ermənistan üçün əlavə risklər yaradır. Nikol Paşinyan Gürcüstana səfərində apardığı danışıqlarda Qərbdən göndərilən mülki və hərbi yükləri ln maneəsiz keçidini gələcəkdə də davam etdirilməsini təmin etmək olub. Çünki Qərblə Gürcüstan arasında siyasi böhran Qərbdən göndərilən yüklərin Ermənistana çatdırılmasında problemlər yarana bilər.

Gürcüstan hakimiyyəti N. Paşinyanin Qərblə six əməkdaşlığından narahatdır. Çünki Qərbdən üz döndərən rəsmi Tiflis Yerevanda yerləşən Qərb institutlarını təhdid olaraq görür. Xüsusilə Gürcüstanda "Xarici agentlər haqqında" qanun qəbul edilməsindən sonra, Qərblə əməkdaşlıq edən QHT Yerevana köçüb və buradan maliyyələşir.

Gürcüstan hökuməti N. Paşinyandan Yerevanda Gürcüstan əleyhinə layihələrin maliyyələşdirilməməsini istəməsi istisna deyil. Oktyabrda parlament seçkiləri yaxınlaşdıqca, Gürcü hökuməti ölkədə Qərbin " rəngli inqilab" hazırladığını vurğulayıb.

Bu xüsusda N. Paşinyanin Gürcüstan hakimiyyəti ilə razılaşmasi mümkün görünmür. Çünki, Qərbin Gürcüstanla bağlı təlimatından çıxa bilməyəcək. Bu kontekstdə yaxın perspektivdə Ermənistan və Gürcüstan arasında yeni siyasi böhran dərinləşməsi gözlənilir.

Gürcüstan hökuməti Azərbaycan əleyhinə Ermənistanla əlaqələr qura bilməz. Əgər, bu baş verərsə, Qərblə siyasi böhran yaşayan Gürcüstanın Ermənistana deyil, Azərbaycana möhtacı var.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az