Güney Azərbaycan vilayətlərinin şəbəkələrində Traxtur oyunlarının yayımlanmasının ardınca Qaşqay türkləri Şiraz əyalət şəbəkəsində də Traxtur oyunlarının canlı yayımını tələb ediblər.
Güney Azərbaycanıəıarən geniş istəkləri ilə son aylarda Şərqi Azərbaycanın Səhənd Şəbəkəsi ilə yanaşı, Traxtur komandasının oyunları Qərbi Azərbaycan Şəbəkəsi, Zəncanın İşraq Şəbəkəsi və Ərdəbilin Savalan Şəbəkəsi vasitəsilə canlı yayımlanıb.
Qaşqay türkləri də öz növbələrində bu vilayətlərdən başqa Azərbaycan Traxtor komandasının oyunlarının Şiraz əyalət şəbəkəsi ilə canlı yayımlanmasını da tələb ediblər.
Bu xahiş bir daha onu göstərir ki, “Traxtor Azərbaycan” İran coğrafiyasında bir neçə müxtəlif vilayət və bölgələrdə ehtiraslı azarkeşləri və konkret tələbləri olan tək komandadır. Bu geniş azarkeş kütləsi Traxtor Azərbaycanı futbol komandasından trans-regional ölçüləri olan sosial fenomenə çevirib.
visiontv.az