Təbriz həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəal Kərim İsmailzadənin fiziki vəziyyətinin narahatlıq doğurduğu bildirilir.
Yaxın mənbələrdən verilən məlumata görə, həbsxana və ədliyyə işçiləri onun ailəsinə baş çəkməsinə və əlaqə saxlamasına mane olmaqla yanaşı, həm də tibbi xidmətlərdən yararlanmasına mane olublar. Bu hal siyasi məhbusun səhhəti və həyatı ilə bağlı narahatlıqları artırıb.
Kərim İsmayılzadə təxminən iki ay əvvəl Təbriz Kəşfiyyat İdarəsinə bağlı mülki geyimli zabitlər tərəfindən saxlanılıb.
Kərim İsmayılzadə əvvəllər ekoloji fəaliyyətinə və Urmiya gölünün qəsdən qurudulmasına səbəb olan siyasətlərə etiraz etdiyinə görə həbs cəzasına məhkum edilmişdi və Təbriz həbsxanasında cəzasını çəkdikdən sonra azadlığa buraxılmışdı.
visiontv.az