Qarabağla Şərqi Zəngəzurda günəş panelləri ilə təchiz olunmuş ev və binaların sayı açıqlanıb
13.04.2026

Qarabağ və Şərqi Zəngəzurda 2 mindən artıq ev və ictimai binaların üzərində damüstü günəş panelləri quraşdırılıb.

Bu barədə  Visiontv.az  Energetika  Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan obyektlərin üzərində 7 min kVt-dan artıq gücdə günəş panelləri quraşdırılıb.

“Müasir şəhərsalmanın əsas elementlərindən olan damüstü günəş panelləri  Qarabağ və Şərqi  Zəngəzurun yaşıl enerji zonasına çevrilməsində mühüm rol oynayır. Bu yanaşma həm enerji səmərəliliyini artırır, həm də bu bölgələrin daha da dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafına töhfə verir”, - məlumatda qeyd olunur.

visiontv.az