"Axios": ABŞ və İran arasında yeni danışıqlar aprelin 21-dək keçirilə bilər
13.04.2026

ABŞ və İran arasında yeni danışıqlar raundunun aprelin 21-nə qədər keçirilməsini planlaşdırılır.

“Axios”un məlumatına görə, Misir, Pakistan və Türkiyədən olan vasitəçilər yaxın günlərdə  ABŞ və İran arasında yeni görüş təşkil etməyə çalışırlar. 

Nəşrin məlumatında deyilir ki, məqsəd mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və atəşkəslə bağlı razılaşmanın müddəti başa çatmazdan əvvəl sülh sazişinə nail olmaqdır.

Region rəsmilərindən birinin sözlərinə görə, danışıqlar tam dalana dirənməyib.

“Qapı hələ bağlanmayıb, hər iki tərəf danışıqları davam etdirir”, — o bildirib.

visiontv.az