İran İslam İnqilabı Keşikçilərinin Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin avqustun 10-da İraqın paytaxtı Bağdada səfər edib.
Bu barəə Səudiyyə Ərəbistanının "Əl-Həds" və "Əl-Ərəbiyyə" telekanalları məlumatlı mənbələrə istinadən məlumat yayıblar.
Mənbələrə görə, Qaani bu səfər zamanı "Könüllü Xalq Qüvvələri"nin bir sıra komandirləri, silahlı qruplar, eləcə də İraq parlamentindəki şiə siyasi koalisiyası olan "Koordinasiya Şurası"nın bir sıra liderləri ilə görüşüb.
Bildirilib ki, Qaani bu görüşlər zamanı hökumətin silah üzərindəki inhisarı məsələsini müzakirə edib.
İraq Baş naziri Əli əl-Zeydi əvvəllər bütün milis qruplarının silahlarını İraq hökumətinə təhvil verməsi üçün son tarix olaraq 30 sentyabrı müəyyən etmişdi.
Eyni məlumata görə, İslam Respublikası tərəfindən dəstəklənən qrupların liderləri ilə İraq neftinin Hörmüz boğazından daşınması üçün bir yol tapmaq məqsədilə danışıqlar Qüds Qüvvələri komandanının gündəliyindədir.
visiontv.az