Putinlə Ərdoğan arasında gedən danışıqlar iki saatdır davam edir: Qarabağ məsələsi də müzakirə olunub
Putinlə Ərdoğan arasında gedən danışıqlar iki saatdır davam edir: Qarabağ məsələsi də müzakirə olunub
05.08.2022 MEDİA Tərəfindən

Gündəliyə geniş mövzular daxil edilib: Rusiya və Türkiyə arasında ikitərəfli əməkdaşlıqdan tutmuş regional məsələlərin - Ukrayna böhranı, Qarabağ və Suriyadakı vəziyyətin müzakirəsinə qədər.

 Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında cümə günü Soçidə baş tutan danışıqlar iki saatdır davam edir. Liderlər Rusiya sanatoriyasının İmperator binasında görüşüblər.

Putin həmkarını salamlayaraq “Türk axını” qaz kəmərinin işləməsi mövzusunu qaldıraraq qeyd edib ki, bu xətt Rusiya karbohidrogenlərinin Avropaya çatdırılması üçün bütün digər istiqamətlərdən fərqli olaraq düzgün, ritmik, heç bir nasazlıq olmadan işləyir. Onun fikrincə, Avropadakı istehlakçılar qazın fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdırlar. O, həmçinin Ukrayna taxılının ixracının təşkilində vasitəçilik etdiyinə görə Ərdoğana təşəkkür edib. Bundan əlavə, Putin danışıqlar nəticəsində Rusiya-Türkiyə ticarət-iqtisadi əlaqələrinin inkişafına dair memorandumun imzalanacağını açıqlayıb.

Ərdoğan öz növbəsində bu danışıqların Türkiyə-Rusiya münasibətlərində yeni səhifənin açılmasına kömək edəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu, həm enerjiyə, həm də Qara dənizdən keçən “taxıl dəhlizinə” aiddir.

visiontv.az