Putin və Tramp dünən Milad atəşkəsini müzakirə etməyib
29.12.2025

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp dünən Milad atəşkəsini müzakirə etməyiblər.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov bildirib ki, Putin və Zelenski arasında mümkün telefon danışığından söhbət getmir.

O, Kremlin Ukrayna sülh planının bəzi məqamları, o cümlədən Donbasda "azad iqtisadi zona" və Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması məsələsi ilə bağlı açıq şəkildə şərh verməyi məqsədəuyğun hesab etmədiyini vurğulayıb.