Putin Türkiyədə səfərdədir
08.01.2020

Rusiya Prezidenti Vladimir Putin İstanbulda səfərdədir.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, prezidentin yanvarın 8-də iş proqramı planlaşdırılır.

Xüsusilə, Rusiya lideri “Türk axını” qaz kəmərinin istismara verilməsi mərasimində iştirak edəcək. Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı planlaşdırılır. Rusiya liderinin mətbuat xidməti əlavə edib ki, Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafı və aktual beynəlxalq problemlərin, o cümlədən Suriya və Liviyadakı vəziyyətin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Rusiya lideri Türkiyəyə Suriyadan gəlib. Suriyada o, prezident Bəşər Əsədlə görüşüb, Rusiya Silahlı Qüvvələrinin Suriyadakı komandanlıq məntəqəsinə baş çəkib.