Peskov: Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək
22.06.2026

Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcəklər.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti  Vladimir Putin yaxın gələcəkdə belaruslu həmkarı  Aleksandr Lukaşenko ilə təmas saxlamağı planlaşdırır.

“Bu və digər məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq. Amma əlbəttə ki, bu təhdidlər tamamilə aqressivdir. Bu təhdidlər qarşı tərəfin daxili işlərinə müdaxilə, qarşı tərəfin suverenliyinə qəsddir. Şübhəsiz ki, Belarus lideri və Belarus özü suverenliyini təmin etməyə qadirdir”, - Kremlin sözçüsü vurğulayıb.

visiontv.az