İlon Mask 4.5 milyon uşağın həyatını təhlükəyə atmaqda ittiham olundu
22.06.2026

ABŞ Nümayəndələr Palatasının Kaliforniya ştatından olan demokrat üzvü Ro Xanna "Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru, amerikalı iş adamı İlon Maskın addımlarının təhqiq edilməsi çağırışı ilə çıxış edib. Bu tələbə əsas səbəb kimi maliyyə ixtisarlarının qlobal miqyasda 4.5 milyon uşağın ehtimal olunan ölümü ilə nəticələnə biləcəyi göstərilir.

Bu barədə məlumatı "New York Post" (NYP) nəşri yayıb.

Konqresmen  Xannanın fikrincə, Demokratlar Partiyası gələcəkdə Nümayəndələr Palatası və ya  Senatda çoxluğu yenidən əldə edərsə, milyarder mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır.

"İlon Mask atdığı addımlara görə hesabat verməlidir. Görürsünüz, onun 4 400 yeni milyoner yaratması çoxlarını sevindirir, lakin  ABŞ Beynəlxalq  İnkişaf  Agentliyini (USAID) ləğv etməklə bütün dünyada 4.5 milyon uşağı ölüm təhlükəsi ilə üz-üzə qoyması barədə kimsə danışmır", - deyə Ro Xanna vurğulayıb.

visiontv.az