Kaladze: Azərbaycan Prezidentinin Gürcüstana səfəri münasibətlərin dərinləşməsinə töhfə verir
07.04.2026

Azərbaycan Prezidentinin Gürcüstana səfəri dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir.

Bunu Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, region ölkələri arasında dinc və mehriban münasibətlərin dərinləşməsinin alternativi yoxdur.

"Gürcüstanla  Azərbaycan arasındakı münasibətlər, strateji tərəfdaşlıq vacibdir. Mən bu səfəri alqışlayıram. Yaxın Şərqdə baş verən mürəkkəb prosesləri nəzərə alsaq, sülhə alternativ yoxdur. Bizim  Azərbaycanla dostluq münasibətlərimiz var. Ölkə liderlərinin bu cür səfərləri dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir”, - Kaladze əlavə edib.

visiontv.az