44 günlük VƏTƏN MÜHARİBƏSİ haqda qeydlər...
"Müharibə başladı" deyilən andan, o qırx dörd günüm belə oldu. Diz üstə, əlimdə qələm, qeyd dəftəri, telefon, diktafon, bildiyim bacardığım işin başında.
Qırx dörd gün belə yaşadı ölkədə hər kəs. Diz üstə, ayaq üstə, tək ayaq üstə, amma əsla yıxılmadı kimsə. Və əsla sarsılmadı millət də, dövlət də. Adamlar olanını bir birindən, dövlətdən ordudan əsirgəmədi. Vurdu, vuruldu, şəhidini dəfn elədi, qalxdı yenə vurdu, daha inadla vuruşdu dövlət və xalq. Ailələr tikəsini bölüşdü cəbhə ilə. Təqaüdçü təqaüdünü, vətəndaş maaşını, kəndli mal-qarasını, evini, əmlakını, xeyriyyəçi sərvətini əsirgəmədi. Hər kəs dövlətə imkanı, gücü yetdiyi qədər arxa durdu, sahib çıxdı. Dövlət, komandan, ordu da bütün ümidləri doğrultdu. Çünki arxa cəbhə onu möhkəm qoruyurdu. Vahid bir vicud idi Azərbaycan uzun illərdən sonra. Əslində AZƏRRBAYCANA DİRİLİŞ üçün bu qələbə, nəhəng “DƏMİR YUMRUQ” əməliyyatı çoxdan lazım idi. Beləcə otuz illik həsrətə son qoydu dövlət-xalq ittifaqı. İndi o qırx dörd günlük savaşın başlamasından bir il keçir. Otuz illik həsrətin bir yaşı olur.
“Müharibə başladı” deyib diz üstə oturduğum günlərin 44-cüsünün gecəsi, eyni sürətlə ayağa qalxıb gecə saat neçə olduğunu unudaraq, evimin balkonuna çıxıb bərkdən, lap bərkdən qonşulara səslənmişdim:
-Müharibə bitdi! Qarabağsız deyilik! Tamıq! Bütövük! Şəxsiyyətik! Daha işğalda deyilik! Saha kimsə ölməyəcək! Başımız dikəldi! Eşidirsinizmi ay adamlar!
Səsimə qonşularım da səs verdi, Nə qədər insan məhləyə töküldü. Ağladıq, sevindik, təbrik elədik bir-birimizi. İndi o qırx dörd gündən qürurla danışmaq məqamıdır. ŞƏHİDLƏRƏ rəhmət, QAZİLƏRƏ can sağlığı, KOMANDANA, ORDUYA sağ ol demək anıdır...
***
Öncəliklə onu qeyd edək ki, qırx dörd günlük müharibədə, Azərbaycanın qələbəsini şərtləndirən səbəb ordu quruculuğu işinin yüksək təşkili, xarici siyasətdə uğurun qazanılması, habelə daxildə siyasi sabitliyin mövcudluğu idi. Bundan başqa, ölkədə mühim iqtisadi layihələrin icrası, regional layihələrdə Azərbaycanın lider dövlətə çevrilməsi, xalq-iqtidar birliyinin təmin edilməsi, milli həmrəylik isə bu qələbənin öndə olan üstünlükləridir.
Prezident Əliyev qırx dörd günlük mühribədə həm də xalq adamı olduğunu isbatladı. O, lider olaraq bacarıqlarını, vahid amal uğrunda səfərbər etmək istedadını göstərə bildi. Komandan eyni zamanda yaxşı strateq və cəsarətli lider kimi mövqe ortaya qoydu. Ali Baş Komandanın hərbi əməliyyatlara şəxsən rəhbərlik etməsi, döyüş xəbərlərinin, qələbə hətta bəzi məqamlarda itkilər hesabatını da xalqına şəxsən verdi. Onun məhşur tvitləri yəqin ki, hər kəsin yaddaşına əbədi həkk olunub. Prezident sadə xalq dilində danışdı. Ən ağır, qanlı-qadalı günlərdə xalq dili üslubu böyük motivasiya, yaxşı psixoloji stimul idi. Bir sözlə qırx dörd günlük savaşda hər şey, Ali Baş Komandanın, xalqın, ordunun nəzarətində idi. O günlər həm də yaxın uzaq qonşuların, dost və düşmənlərin diqqət mərkəzində idi.
Prezident qırx dörd günlük savaşda qırxdan çox müsahibə verdi. Yerli və türk mediası ilə, informasiya savaşının önündə getdi. Bəzən mayak oldu, ən qorxulu, ən təhlükəli sayılacaq etirafları ilə qətiyyət göstərdi. Düşmənin mövqeyindən çıxış edən beynəlxalq media quruluşlarının spikerlərinin apardığı müsahibələrdə belə böyük səbr də təmkin sərgilədi. Beləcə otuz illik zaman intervalında Azərbaycan dövlətinə, syasi rəhbərliyinə, xalqına qarşı aparılan qara piar aradan qalxdı. İnformasiya hücumunda ikitirəlik yarandı. Bu Azərbaycanın görünməsinə münbit şərait yaradan çox vacib məqam idi. Azərbaycan dövləti və xalqı dünyanın gözündə yenidən şəkilləndirildi. Qarabağın işğalına dünya inandı. Onun azad olunması üçün keçirilən qırx dörd günlük savaşa qarşı dura bilmədi dünya. Bütün “əsasları” neytrallaşdı. Beləcə,
“Dəmir yumruq” əməliyyatı oldu...
...Adından göründüyü kimi əməliyyatın ağır və çətin gedişatı olacaqdı. Çünki düşmən otuz il ərzində güclü müdafiə xətti qurmuşdu. Ohanyan kimi keçilməz səddləri ilə vahimə yarada bilmişdi. Təbii bu kənar dəstəksiz deyildi. Ancaq “Dəmir yumruq” və xalq iradəsi vəhdətinin keçə bilməyəcəyi sədd, istehkam yox idi. Güclü və müasir istehkamların darmadağın edilməsi, Ermənistan üçün ciddi sarsıntı olasa da Hadrut əməliyyatı və Hadrutun azad edilməsi sadə bir prosesi deyildi. Qarabağın ilk azadlığına qovuşan rayonu Cəbrayıl oldu. Sonra Füzuli. Soltanlı və Əmirvarlıda güclü müdafiə xətlərinin yarılmasının ardınca da Zəngilana yol açıldı. Ardıyca Qubadlının azad olunması və Laçın rayonunun cənubuna çıxış qazandı Azərbaycan. Laçın dəhlizinə nəzarətin təmin edilməsi ilə nəticələndi hərbi əməliyyatlar. Şuşa əməliyyatı isə müharibənin baş tacı oldu. Şuşaya PA-nın təşkil etdiyi səfərdə iştirakdan sonra düşünürəm ki, o yolları günlərlə piyada, gedən adamlar, bu əməliyyatı düşünən beyinlərdə, nə iradə, nə ağıl, nə cəsarət varmış...Təsəvvür etmək belə normal insan beynində vahimə yaradır. Amma o cəngəvərlər var idi. Hələ dünya durduqca olacaqlar. Bir də qeyd edilməsə olmaz, Şuşanın azadlığı, düşmən və havadarları üzərində mənəvi-psixoloji qələbə idi hər şeydən öncə. Çünki oradan Xankəndi və ətrafına bir addım yolu qalır, ovuc içi kimi görünür Cıdır düzüündən hər yer.
Qırx dörd günün informasiya savaşı...
Prezident hələ müharibədən əvvəlki dövrdə ali tribunalardan Ermənistanın işğalçılıq siyasətin dəfələrlə qaldırıb. Bu istiqamətdə Azərbaycanın hücum diplomatiyası siyasətini belə qurub. Ümumiyyətlə, bu istiqamətdə Azərbaycan dövltinin taktikası, siyasəti ondan ibarət oldu ki, Qarabağın işğalı məsələsi bütün aspektlərdə Azərbaycanın təmsil olunduğu bütün tədbirlərdə prioritet oldu. Yəni məhz informativ işin düzgün qurulması sayəsində dövlət otuz illik intervalda Qarabağ məsələsini nə ölkə içində, nə də xaricdə unutmadı, unutdurmadı. Bu öndə ideoloji xəttini çox dəqiq qurdu, idarə etdi. Prezident İlham Əliyev Ermənistanın Baş naziri ilə debatlarda Azərbaycanın mövqeyini dəqiqliklə, müasir diplomatiyanın bütün incəliklərini nəzərə alaraq ifadə etdi. Bunun müqabilində erməni rəhbər, dünya qarşısında dəfələrlə aciz duruma düşüb. Hətta çıxışların birində “Qarabağ Azərbaycan torpağıdır” etirafını etmişdi çaşqınlıqla. Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Prezidenti müharibəni işıqlandırmaqda maraqlı olan nüfuzlu medialar vasitəsilə tarixi həqiqətləri süburtlarla, faktlarla dünya ictimaiyyətinə çatdırdı. Beləcə Ermənistanın və havadarlarının illərdir beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatı darmadağın oldu, xeyli detallar ortaya çıxdı. Məlum oldu ki, ermənilərin iddia etdiyi kimi Azərbaycan heç zaman erməni sivillərə qarşı heç zaman əməliyyat və ya soyqırım törətməyi, amma əksi olub, tarixən də, ən yeni tarixdə də. Məsələn, tarixən Zəngəzur, Quba, Şamaxı, Bakı, Gəncə qırğınları. Ən yeni tarixdə Xocalı soyqırımını bilavasitə erməni terrorçuları törədib, özü də azərbaycanlı sivillərə qarşı. Ona görə Azərbycan türkü yox, azərbaycanlılar deyirəm ki, qət edilənlər sırasında Azərbaycanı VƏTƏN bilən milli azlıqlar, fərqli dindən olan vətəndaşlar da qətl edilib. Buna rəğmən, Azərbaycan qarışıq ailələrdə, habelə ölkədən getmək istəməyən minlərlə erməni yaşayır hələ də. Ermənistanda qarışıq ailələrdəki ruslardan və ermənilərdən qeyri üçüncü millət yoxdur. Bu arada qeyd edilməlidir ki, Azərbaycanın haqq savaşında əslən erməni olan bir neçə gəncin də öz vətəni üçün savaşdığı faktları mövcud idi. Azərbaycan müharibənin informasiya savaşı yönündə gördüyü işlərdə bu məlumatların əksəriyyətini bütün riskləri gözə alaraq açıqladı. Bundan başqa ermənilər qırx dörd günlük savaşda Azərbaycanada milli azlıqlar kartından istifadə etməyə çalışdı. Guya ölkədə kiminsə haqları tapdanır, azadlıqları məhduddur və sair. Bu informativ hücuma, həmin azsaylı xalqların özü sərt şəkildə cavab verdi. Üstəlik ermənilər Azərbaycanın döyüş bölgəsinə yaxın olmayan bölgələrini raket atəşinə tutmaq,ölkənin ən böyük şəhərlərində terror reallaşdırmaqla, özləri özlərini ifşa etmiş oldular. Daha sonra sübut edildi ki, Gəncə və Şuşa şəhərlərinin raket atəşinə tutulmasında hərbi əməliyyatlarda istifadəsi yasaqlanan “İsgəndər” raketləri istifadə edilib. Beləcə informasiya savaşını da uduzdu ermənilər.
Qırx dörd gündə o da məlum oldu ki, ABŞ, Almaniya, Fransa, Avropanın bir çox mediası və təşkilatları erməni lobbisinin təsiri altındadır. Bu da konkret siyasət adamlarının Azərbaycan və Qarabağ haqda fikirlərinin həqiqət yox sifariş olduğunu ortaya qoydu.
Dünya hərb tarixinə düşən əməliyyat...
Qarabağ savaşı dünya hərb tarixinə iyirmi birinci əsrin qısa müddətli və uğurlu nəticəli savaşı kimi düşdü. Xüsusilə Füzuli əməliyyatı dünya hərb tarixində araşdırılması, öyrənilməsi üçün qeydlərə keçirdi. Dünyanın diqqətini bir də alınmaz qala sayılan Şuşanın azadlığı əməliyyatı çəkdi. Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsi, hərbi əməliyyatların yüksək peşəkarlıqla idarə olunması və yerinə yetirilməsi, hərbi əməliyyatların uğurla həyata keçirilməsində pilotsuz uçuş aparatlarının rolu, müxtəlif ölkələrin istehsalı olan və fərqli təyinatlı uçuş aparatlarının istifadəsinin sinxronlaşdırılması, digər ordu növlərinin fəaliyyəti ilə uyğunlaşdırılması kimi üstünlüklər də müzakirə predmetidir. Üstəlik müasir texnologiyalar və silahların istifadəsinin Azərbaycan
Ordusunda itkilərin minimuma enməsinin əsas səbəbi olması, düşmənin texnikası və müdafiə sistemlərinin dronlar vasitəsilə məhv edilməsi, çoxlu sayda düşmən texnikasının qənimət götürülməsi halları da məlum uğurlardan sayılır.
Yeri gəlmişkən, Azərbaycan tərəfi ermənilərdən fərqli olaraq müharibə statistikasına dair məlumatlarda ciddi bir məlumatı da etiraf edib. Belə ki, hərbi əməliyyatlar zamanı Ermənistan tərəfinin 30-a yaxın mülki şəxsin ölüb. Onlarla bağlı baza məlumatların araşdırılması göstərib ki, həmin şəxslər hərbi əməliyyatlar zamanı erməni terrorçulara dəstək məqsədilə döyüş meydanında olub.
Xüsusi təyinatlılar
Xüsusi təyinatlıların əsl peşəkarlıq, şücaət, qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirməsi, Qəlbənin əldə olunmasında mühüm rola malik oldu. Mürəkkəb təbii şəraitdə ən ağır və ağlasığmaz əməliyyatı məharətlə həyata keçirmək həm də böyük iradə tələb edirdi. Azərbaycanda Müdafiə Nazirliyi, Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Xidməti, Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən xüsusi təyinatlıların fəaliyyətini VƏTƏN qarşısında şərəflə verdikləri börcun əvəzi, qarşılığı heç nə ilə ödənməz. Bu güclər, beyin və xarakterlər var olduqca Qafqazlarda Azərbaycan adlı xalq tarix yazmağa hələ uzun müddət davam edəcək.
Ermənistanın raket terroru...
Qırx dörd günlük vətən müharibəsi Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini, dinc əhalini hədəfə götürməsi ilə də yadda qaldı. Gəncə, Bərdə, Tərtər və digər rayonlar raket hücumlarına məruz aldı. Təkcə Tərtərə atılan raket sayı on mini ötür. Gəncə və Bərdə terrorları isə təkcə Azərbaycan yox, dünya üçün SOS siqnalı idi. Ermənistan rəhbəliyinin bunu inkar etməsinə rəğmən bu terrorlar sinizmin pik nöqtəsi sayılır. Bu vəhşiliklərə rəğmən Azərbaycan Prezidenti, dövləti,xalqı və ordusu təmkinini pozmadı.
Beləcə Azərbaycanın ədalətli müharibə apardığı ortada oldu. Ermənistan isə bu günlər ərzində məqsədinə çatmaq üçün bütün vəhşiliklərdən istifadəyə hazır dövlət kimi tarixdə qaldı.
Erməni cinayətləri beynəlxalq məhkəmələrdə...
Bir gün mütləq Azərbaycanda da, dünyada da bir məhkəmə qurulacaq. Orada əmlakı talan olunan, qətlə yetirilən, qaçqın, məcburi köşkün edilən, itkin olan onlarla insanın məsələsi gündəmə gətiriləcək. Üstəlik bir xalqın müqəddəs sayılan ibadədgahlarının, tarixi abidələrinin dağıdılması məsələsi gündəm ediləcək. Bu məhkəmədə müttəhim kürsüsündə Ermənistan adlı məqsədli yaradılmış dövlətin oturacağı da təbii ki, sirr deyil.
Düzdür qeyd onunan o məhkəmənin beynəlxalq qolu indi daha çox siysiləşib və konkret maraqlra xidmətdədir. Bu gün üçün müraciət edilsə belə ədalətli nəticə əldə ediləcəyinə inam böyük deyil. Amma bu presisi dayandırmaq üçün əsas deyil. Odur ki, indilik Azərbaycan işğal dövründə vurulan ziyanın hesablanması işini aparır. Bu məsələyə beynəlxalq hüquq şirkətləri də cəlb olunub. Yeri gəlmişkən, otuz ilə qədər zaman intervalında işğal altındakı torpaqlarda, Azərbaycana aid təbii sərvətlərin yağmalanması işində iştirak edən böyük şirkətlərin məsuliyyətə cəlb olunması ilə bağlı da müvafiq tədbirlər görülür.
O kapitulyasiya...
Azərbaycan-Ermənistan-Rusiya üçlüyünün iştirakı ilə ermənilərin müvafiq şərtləri yerinə yetirəcəyini təsdiqləyən sənədi imzaladığı an hər kəsə qorxulu yuxunun sonu kimi gəldi. Əslində rəsmi adı KAPİTULYASİYADIR. Yəni uduzduğunu təsdiqləməyin sənədli qeydi, etiafı. Düşmən tərəfin baş nazirinin bu sənədi harada imzalaması haqda məlumatlar da yəqin ki, hər kəsin yadındadır. Ermənistanın Qərbdəki dostlarının ona yardım edəcəyinə güvəndi, yanıldı. Şimaldan da verilən vədə əməl olunmadı. Cənub ümumiyyətlə, o başının hayına qalmağa məcbur idi. Avropa ümumiyyətlə susmaqdan yana oldu. Beləcə məngənədə çabalayan Ermənistan faciəli səhvlərə, terrora yol verdi. Bunun nəticəsində geosiyasi izolyasiya vəziyyətinə düşdü. Hələ də yarı mat, yarı pat vəziyyətdə qalmağa davam edən Ermənistanı indi də daxilindəki siyasi qarmaşa dağıdır. İnsanlar istefa tələb edir, itkin övladını axtarır və hələ də imzalanan kapitulyasiya ilə barışa bilmir. Baş naziri qovur, müdafiə nazirini parlamentdə fiziki zorakılığa məruz qoyur və sair. Bu ağır durum həm də bumeranqdır...Həm də tək qalanda Ermənistanın heç nəyə qadir olmadığını isbatlayır. Onlar bircə şey bacarır TERROR. Bir də kimlərəsə maraqlarının icrasında vasitə. Şimallı, Cənublu, Avropalı, Qərbli hər kəsin Cəbuni Qafqazdakı qara əlidir Ermənistan. Qırx dörd günlük savaş bir də bu vacib faktı təsdiqləiş oldu.
Baş kənddə qələbə paradı...
Ermənilərdən əldə olunan hərbi qənimətlərin nümayişi, onun sıravi vətəndaşın da görə bilməsi sülhsevər bir xalq azərbaycanlılar üçün qeyri-adi hadisə idi. Bir də ikinci müstəqillik dönəminin otuz ilində bir əzəmətli QƏLƏBƏ PARADINA ehtiyac var idi. Bütün etirazlara, incimələrə baxmayaraq baş kənddə, Bakıda o parad oldu. Daha sonra “Qənimətlər parkı”nı quru Azərbaycan açıq havada. Azərbaycanın Qələbəsinin böyüklüyünü nümayiş etdirildi. İllərlə işğalın çətinliklərini yaşayan, mənəvi və fiziki iztirablar keçirən xalqın qırx dörd günə QALİB XALQ olması mənəvi-psixoloji üstünlük idi. Bunun son təsdiq anı da o parkda vurulmuş düşmən texnikasını o xalqın öz gözü ilə görməsindən keçirdi. Dövlət və “Dəmir Yumruq” bu haqqını verdi xalqın. Beləcə iki yüz illik sistemli məğlubiyyət planının geriyə oxunması işinə başlamış oldu Azərbaycan. Artıq qarşıda daha böyük hədəf var. Turan yolu, Naxçıvana quru yolu, tarixi Zəngəzurun bərpası, Göyçəyə, Xankəndiyə, hətta tarixi İrəvana dönüş, bölgədə reallaşan və reallaşacaq onlarla layihənin lideri olmaq var qarşıda...
Qarabağda sürətli inşaat...
İşğaldan azad olunmuş ərazilərin sürətli inşası, təkcə ona görə gərəkli deyil ki, Azərbaycan onun olanı bərpa edir. Bu həm də gələcək, dözümlü və lider Azərbaycanın varlığını göstərmək, möhkəmləndirmək üçün gərəkən işdir. Artıq Qarabağın hər hansı statusu məsələsi də gündəm ola bilməz. Prezident Qarabağı Azərbaycanın Qərb bölgəsi elan etdi. Beləcə otuz illik işğala məruz qalan və hər an incikliyini biruzə verə biləcək qonşularla əhatələnməsi Qarabağı güclü etməyi gərəkdirir. Yəni Azərbaycan bütün çətinliklərə rəğmən gərəkəni yapır. Qarabağı tikir. Azərbaycan dövlətinin hədəfi bu ki, 2021-ci ilin sonuna kimi işğaldan azad olunmuş bütün ərazilərin elektrik enerjisi ilə təmin olunacaq, yol inşası işləri tamamlanacaq, mobil rabitə xidmətləri tam gücü ilə çalışacaq. Bundan sonra şəhərlərin baş planı işinin icrasına start veriləcək. Yeri gəlmişkən, məsələn, artıq Ağdam və Şuşa şəhərlərinin baş planı təsdiq edilib.
Milli-mədəni irsi qoruyan fond...
Yeri gəlmişkən Azərbaycanın otuz il ərzində dağıdılan tarixi-mədəniyyət abidələrinin bərpası işinə artıq start verilib. Şuşada Heydər Əliyev Fondunun dəstəyi ilə böyük şair, Qarabağ xanının vəziri olmuş Vaqifin dağıdılmış məqbərəsi artıq ziyarətçilərini qəbul edir. Bundan başqa Bülbülün, Xan qızı Natavanın, Şuşa Karvansarayının, Üzeyir bəyin ev muzeylərində də işlərlər aparılır. Fondun rəhbəri ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva “Xarı Bülbül” festivalı, Vaqif poeziya günlərinin keçirilməsinin təşəbbüskarıdır. Bu mədəniyyət tədbirləri həm də Azərbaycanın öz tarixi torpaqlarındakı mədəni niyyətlərindən, MƏDƏNİYYƏTLƏRİNDƏN xəbər verir.
SON:
Bütün bunları sən yaşatdın, ODRUM, ŞƏHİDİM, ALİ BAŞ KOMANDANIM! Başqa heç nə demək olmur. Həmişə bir olun, ittifaq olun, həmfikir olun. Gedənlərə rəhmət, qalanlara salam olsun!
Jalə Mütəllimova
Visiontv.az