Ölkəmizdə son bir neçə həftədir ki, süd və süd məhsulları və eyni zamanda da ətin qiymətində artım var. Bu da təbii ki, alıcılar arasında haqlı olaraq narazılıq yaradır.

Müşahidə edilən bu qiymət artımının səbəbi nədir? Bu məsələnin qarşısını almaq üçün həll yolları nələrdir? Bu mövzu ətrafında iqtisadçı ekspert Natiq Cəfərli Visiontv.az saytına açıqlama verib. Həmin açıqlamanı diqqətinizə çatdırırıq:
“Azərbaycanda infilyasiya zatən son 3 ildir ki, kifayət qədər sürət yığıb. Həddəndən artıq sürət yüksək tempi ilə artır. Bu da təbii ki, narahatçılıq yaradır. Süd və ət məhsulları barədə rəsmi statistika da göstərir ki, ölkədə iribuynuzlu və xırdabuynuzlu mal – qaranın son illərdə azalmasını müşahidə edirik. Bu da onunla əlaqəlidir ki, otlaq, örüş yerləri texniki bitkilərin əkilməsi üçün ayrıldığına görə yem bazasının həcmi azaldı. Nəticə etibarilə yemin qiymətini artırdı. Yemin qiyməti artırsa təbii ki, ətin və südün də qiymətində artım müşahidə edilməlidir. Yəni, bu obyektiv reallıqdır. Yem qiymətləri son 3 ilə nəzər salsaq görərik ki, az qala 2 dəfədən çox artıbdır. Ona görə də ətin qiymətində yüksəliş müşahidə edirik.
O ki, süd məhsullarına bizdə yerli bazarda olan süd məshullarının tərkibi yerli deyil. Yəni, bizim ölkədə yerli süd istehsalı çox xaricdən gətirilmiş quru süd tozunun emalı nəticəsində əldə edilən süd məhsullarından istehsal olunur. Onların da qiyməti artıbdı. Nəticədə də yerli məhsul adı altında bazarda olan süd məhsullarının tərkibində olan o xammal bahalaşdığından süd məhsullarının da qiyməti artır.
Bu məsələnin qarşısını inzibati yollarla almaq mümkün deyil. Bu məsələyə dövlət hüquqi cəhətdən qarışmaq səlahiyyətində deyil. Dövlətin yeganə edə biləcəyi odur ki, rəqabətli mühiti genişləndirsin və müəyyən təşviq proqramlarını həyata keçirsin. Bu da iribuynuzlu və xırdabuynuzlu mal – qaranın artmasına dəstək ola bilər. Süd məhsullarının istehsalında dövlət tərəfindən müəyyən vergi güzəştləri tətbiq oluna bilər ki, bununla da qiymət artımının qarşısını almaq mümkün olsun.”
Bünyamin Bünyadzadə
Visiontv.az