Bu səhifə İsaaq Nyutonun Kembric illərində apardığı hesablamalardan biridir. Başlıqda “To square the hyperbola” yazılıb, yəni hiperbolanın sahəsini hesablamaq problemi. Bu, əslində sonsuz cəmlər və seriyalar vasitəsilə inteqrasiya etməyə yönəlmiş erkən kalkulus məşqidir. Newton bu cür səhifələri yüzlərlə dəfə yazaraq analizin əsas alətlərini formalaşdırırdı.
Düşünürəm ki, əgər Nyutonun əlində müasir kalkulyator və ya kompüter olsaydı, dünya çoxmu fərqli olardı?
Bu sualı tanış-bilişə verəndə çoxları “Dünya indikindən çox-çox daha inkişaf etmiş olardı” cavab verdilər…
Doğrusu, mən bir qədər fərqli düşünürəm. Nyutonun əlində elə texniki imkanlar olsaydı dünya ehtimal ki, indikindən daha az fərqli olardı. Fikrimi müdafiə etməyə çalışacam.
Mənə belə gəlir ki, Nyutonun nəhəngliyi onun hesablamalarında deyil, metod yaratmağında idi. Onun dəftərinə yazdığı uzun rəqəm sıraları əslində bir məqsədə xidmət edirdi: funksiyanı sonsuz sıra kimi yazmaq, həmin sıra ilə sahəni hesablamaq.
İndi bu, sadə bir şey kimi görünür.
Amma XVII əsrdə Nyutonun yanaşması tamamilə yeni düşüncə üsulu idi.
Kalkulyator yalnız nəticəni sürətləndirərdi, amma ideya yaratmazdı.
İbrahim Nəbioğlu
visiontv.az