“Nüvə tozu” İrandan çıxarılmalıdır
27.04.2026

Gunaz TV-nin məlumatına görə; Donald Trump bildirib ki, Vaşinqton İranla danışıqlar zamanı bu ölkənin ərazisindən nüvə yanacağı və radioaktiv materialların çıxarılmasını tələb edir.

Tramp “Fox News” telekanalına müsahibəsində deyib: “Məsələ burasındadır ki, mənim “nüvə tozu” adlandırdığım şeyi götürməliyik. Biz bu “nüvə tozu”nu götürməliyik. Bu, İranla danışıqlarımızın bir hissəsidir və biz bu materialların onların əlində qalmasını istəmirik.”

O, həmçinin bildirib ki, bu ifadə ilə 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə edilən hücumlar zamanı “demək olar ki, tamamilə məhv edilmiş” materialları nəzərdə tutur.

Məlumata görə, 22 iyun tarixində ABŞ İranın İsfahan, Natanz və Fordo şəhərlərində yerləşən nüvə obyektlərinə zərbələr endirib, İran isə buna cavab olaraq Qətərdə yerləşən “Əl-Udeyd” aviabazasını hədəfə alıb.

visiontv.az