İranda daha dörd etirazçı edam ediləcək
27.04.2026

Tehranın İnqilab Məhkəməsi yanvar etirazları zamanı həbs edilən daha 4 nəfər brəsində edam hökmü verib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Ehsan Hüseynipur Hesarlu, Mətin Məhəmmədi, Erfan Əmiri və Məryəm Hodavənd, "dini məkanı yandırma", "ictimai əmlakı dağıtma" və "milli təhlükəsizliyə qarşı toplaşmaq və sövdələşmə"də ittiham olunublar.

Məlumata görə, üç kişi məhkumun hökmlərinin Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra Cəzaların İcrası Şöbəsinə göndərilib.

İki uşaq anası olan 45 yaşlı Məryəm Hodavənd isə həbs olunduqdan sonra Evin Həbsxanasının qadınlar şöbəsinə köçürülüb və hələ də orada saxlanılır. Məhkəmə prosesi zamanı etirazçıya müstəqil vəkillə görüşmək imkanı verilmədiyi və onun işinin lazımi prosessual standartlara uyğun aparılmadığı bildirilir.

visiontv.az