“Nəhayət ki, 'Bay bay Kemal' bizimlə meydanda yarışacaq cəsarəti göstərdi”
Videonu Aç
“Nəhayət ki, 'Bay bay Kemal' bizimlə meydanda yarışacaq cəsarəti göstərdi”
15.03.2023 MEDİA Tərəfindən

“Görək qarşıdaki günlərdə `Altılı masa`da nələr görəcək, nələr eşidəcək, nələrə şahid olacağıq.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu AK Pratiyanın TBMM Qrup Toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

“Altılı masa”nın sədr müavinləri ilə bağlı danışan Ərdoğan, “Bu məğrur xalq bunlara aldanmaz. Cavabını da 14 mayda verər. Zəlzələ bölgəsinə seçki kampaniyası başlatmağa gedənlər, bizim oradaki insanlarımızla aramızdakı sevgini və güvən duyğusunu anla bilməzlər. Nəhayət ki, 'Bay bay Kemal' kimlərisə önə atmaq, kimlərin isə arxasında gizlənmək yerinə qarşımıza çıxacaq, bizimlə meydanda yarışacaq cəsarəti göstərdi” deyə bildirib. 

İlahə Əliyeva