Nazir: Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi üçün işlər gedir, 1000-ə yaxın müraciət var
06.03.2026

Yaxın Şərqdə baş verən proseslər fonunda müxtəlif ölkələrdə qalan vətəndaşlarımızın təxliyəsi üçün işlər gedir.

 Bunu  Azərbaycan xarici  işlər naziri Ceyhun Bayramov  Moldova  Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, səfirlik və konsulluqlara olan müraciətlərin sayı 1000 civarındadır: “Əsas 5 ölkə - BƏƏ, Səudiyyə, Qətər, Bəhreyn və  Küveytdə 1000-ə yaxın vətədaşımızdan müraciətlər almışıq”.

visiontv.az