Nazir: Səfir XİN-ə çağırıldı, İran dron hücumlarının araşdırılacağını vəd edib
06.03.2026

Dünən İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib, 4 nəfər xəsarət alıb.

 Bu barədə  Azərbaycan xarici işlər naziri  Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri  Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu, qəbuledilməzdir: “Azərbaycan dövlətinin mövqeyi dünən çatdırılıb, İran səfiri XİN-ə çağırıldı, gözləntilərimizi ona bildirdik. Dünən Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı mesajlarını hamı dinləyə bilib. İran tərəfi məsələnin araşdırılacağı vəd edib. Bu araşdırmanın nəticələrini biz yaxın zamanda gözləyəcəyik".

visiontv.az