Naxçıvan Muxtar Respublikasının bütün ərazisi üçün gömrük rüsum güzəştini (siyahı üzrə Azərbaycanda istehsal edilən mallar istisna olmaqla) nəzərdə tutan xüsusi gömrük rejimi (zonasının) yaradılacaq.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Sənədə əsasən, Dövlət Gömrük Komitəsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə 2023-2027-ci illər ərzində Xüsusi gömrük rejiminin (zonasının) fəaliyyətə başlamasını təmin etməlidir.