Müctəba Xameneyinin İranın “üçüncü ali lideri” kimi təqdim edilməsindən bir ay keçməsinə baxmayaraq, onunla bağlı yayılan vizual materiallar hələ də yalnız süni intellekt tərəfindən hazırlanmış görüntülərlə məhdudlaşır.
Məlumata görə, bu müddət ərzində Müctəba Xameneyinin yeni səs yazısı və ya real video görüntüsü ictimaiyyətə təqdim edilməyib.
Son olaraq hökumətə yaxın hesab olunan şəxslər və media resursları Xameneyinin süni intellekt vasitəsilə yaradılmış yeni videosunu yayıblar.
Yayılan videoda Xameneyi guya “müharibə otağında” təsvir olunur. Kadrlarda onun İsraildə yerləşən Dimona nüvə obyektinin xəritəsi fonunda göründüyü diqqət çəkir.
visiontv.az