MN rəhbər heyəti Tbilisidə “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzini ziyarət edib
23.11.2023

Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Baş direktor cənab Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirovun Gürcüstanda işgüzar səfəri davam edir.

Bu barədə Visiontv.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti Tbilisi şəhərində yerləşən “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzini ziyarət edib.

Mərkəzdə keçirilən görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.