MN: Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
17.03.2025

Martın 17-i gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Visiontv.az-a Müdafiə Nazirliyindən məlumat verilib.