Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
22.06.2026

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi heyət İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edəcək.

Əli  Xameneinin vida mərasimi  4-5 iyul tarixlərində Tehrandakı  Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra  Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda  ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

visiontv.az