Mazandaranda aşura mərasimində faciə baş verib
10.07.2025

İranın Mazandaran əyalətinin Amol şəhərində keçirilən aşura mərasimində faciə baş verib.

Bu haqda yerli mənbələr sosial media şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Kərbəla facisini similuasiya edən "şəbeh" mərasimi zamanı İmam Hüseynin atı çoxunluğu qadın və uşaqlar olan tamaşaçıların üstünə sıçrayıb.

Tamaşaçıların üstündə yıxılan at 3-ü uşaq olmaqla 7 nəfəri ağır yaralayıb, onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə nəticəsində İmam Hüseyn rolunda çıxış edən şəxsin də bir qolu və qabırqalarının qırıldığı, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı qeyd olunub.

Qeyri-rəsmi məlumatlara görə, cari məhərrəm ayında İranda keçirilən matəm mərasimlərində ümumilikdə 1500-dən çox insan yaralanıb.

visiontv.az