ABŞ prezidenti Donald Trampın Hökumətin Effektivliyi Departamenti (DOGE) "azacıq uğur qazanıb". Bunu "Tesla" şirkətinin rəhbəri İlon Mask bir podkastda deyib, bu layihəyə bir daha rəhbərlik etməyəcəyini əlavə edib.
Milyarder Trampın prezident seçkisindəki kampaniyasında böyük donor olub, sonradan onun yaxın müttəfiqinə və müşavirinə çevrilib.
DOGE-nin məqsədi federal hökumətin büdcəsini, işçi qüvvəsini ixtisar etmək idi. Amma Maskın bu departamentdəki rolu, siyasi ritorikası özünə və "Tesla"ya qarşı reaksiya yaradıb, "Tesla" maşınları vandalizmə məruz qalıb.
"Məncə, DOGE-dənsə öz şirkətlərimlə işləməliydim. Maşınları da yandırmazdılar", – Mask Tramp administrasiyasının keçmiş rəsmisi Keti Miller ilə podkastda deyib.
"Azacıq uğur qazandıq... Gerçəkdən mənasız olan xeyli maliyyəni dayandırdırıq, tamamilə israf olunurdu", – deyən Mask bir daha DOGE-yə qayıtmayacağını da əlavə edib.
Mask postundan gedəndən sonra prezident Trampla açıq şəkildə mübahisəsi düşüb. Sonradan barışıq əlamətləri sezilib.
DOGE isə mandatının bitməsinə səkkiz ay qalmış buraxılıb. Qurum on milyardlarla dollar xərci azaltdığını bildirib, amma maliyyə ekspertləri detallı hesabat olmadığından bunu yoxlaya bilməyiblər.
visiontv.az